Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı start götürəcək.
Chess.az xəbər verir ki, hələ tam dəqiqləşməyən siyahıda qitə birinciliyində 40 ölkədən 506 şahmatçı iştirak edəcəyi qeyd edilib. Bunların arasında Azərbaycan şahmatçıları da olacaq. Sevindirici haldır ki, ölkəmiz Avropa çempionatında 19 şahmatçı ilə təmsil olunacağı gözlənirlir.
AÇ-da iştirak edəcək şahmatçılarımz adlarına gəlincə, bunlar Nicat Abbasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.
Qeyd edək ki, qadın şahmatçımız Ülviyyə Fətəliyeva bu il qüvvəsini kişilərin turnirində (OPEN) sınamağa qərara alıb. Xatırladaq ki, Ülviyyə ötən il Çexiyanın paytaxtı Praqada keçirilmiş qadınların şəxsi Avropa çempionatında bürünc medalın sahibi olmuşdur.

24-02-2023, 09:20