Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat yarışı start götürəcək.
Chess.az xəbər verir ki, "Təhsil” Respublika İdman Mərkəzi-nin təşkilatçılığı ilə keçiriləcək yarış ənənəvi olaraq Ağcabədi şəhərində keçiriləcək və martın 4-dək davam edəcək.
Oyunlar "A" və "B" qrupları üzrə oynanılacaq. "A" qrupunda 11-16 yaşlı şahmatçılar (2012-2007), "B" qrupunda isə 10 yaşadək (2013-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar iştirak edəcək.
Qeyd edək ki, "A" qrupunda keçiriləcək beynəlxalq reytinqli olacaq və yarışın nəticələri hesablanması üçün FIDE-yə göndəriləcək.
Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən və şahmat bölməsi mövcud olan UGİŞM-lərin şagirdləri iştirak edə bilərlər.

24-02-2023, 09:42