SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rusiya Asiya ölkəsi olur. FİDE və Dvorkoviçdən yaşıl işıq!

Son günlər dünya şahmat gündəmini Rusiya Şahmat Federasiyasının (RŞF) Avropa qitəsini Asiyaya dəyişmək istəyi ilə bağlı xəbərlər zəbt edib.
 
   Əvvəl daha çox şaiyəyə bənzəyən xəbərkər, günlər keçdikcə daha ciddi axar aldı. Və nəticədə FİDE onların bu istəklərinə rəsmi cavab verdi.
   Beləliklə, RŞF FİDE və Asiya Şahmat Federasiyasına ünvanladığı rəsmi müraciətdə Avropa qitəsinin Asiyaya dəyişmək istədiyini rəsmən bəyan edib. Asiyadan (AŞF) hələ ki, cavab almyan ruslar, FİDE və onun prezidenti Arkadiy Dvorkoviçdən artıq müsbət cavab alıblar. 
   Fevralın 22-də FİDE-nin Ali Şurası Rusiya Şahmat Federasiyasına Avropa Şahmat Federasiyasını tərk edərək, Asiya Şahmat Federasiyasına keçməyə rəsmi olaraq icazə verib.  FİDE prezidenti Arkadiy Dvorkoviç Sport24 kanalına verdiyi müsahibəsində bu məslədə Rusiyaya dəstəklədiyini bildirib.
   A.Dvorkoviç: "Təbii ki, son qərarı Asiya Şahmat Federasiyası verəcək. Biz tərəfdən heç bir maneə yoxdur. Biz RŞF-yə bu məsələdə yaşıl işıq verdik. Bu onların xeyrinə və ya ziyanına olacaq məsələsinə gəlincə, bu artıq onların şəxsi işidir. Asiyada rəqbatə çox güclüdür. Xüsusilə Hindistan, Çin. İnkişafda olan Özbəkistan, İran və Qazaxəstan kimi ölkələri qeyd etmək olar"скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss