Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.
Chess.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi təcrübəli şahmatçımız, yığma komandamızın üzvü Gülnar Məmmədova təmsil edir.
Artıq turnirin dörd turu arxada qaldı. Keçirilmiş dörd turdan sonra, 3 xal toplayan Məmmədova, hal-hazırda turnir cədvəlinin 3-12-ci pillələrini bölüşdürür.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış doqquz turdan ibarət olcaq. Turnirin ümumi mükafat fondu isə 50 min ABŞ dollar təşkil edir.
