SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa çempionatı 2023: Şahmatçılarımız üçün uğurlu tur (CANLI)

Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı davam edir. 

CANLI 

   Chess.az xəbər verir ki, dünən keçirilmiş yeddinci  turu təmsilçilərimiz üçün uğurlu saymaq olar. AÇ-da iştirak edən 19 şahmatçımızdan yalnız üçü turu məğlubiyyətlə başa vurdu. Dünənki nəticələrə baxdıqda xüsusi ilə gənc şahmatçımız Əhməd Əhəmdzadənin uğurunu qeyd etmək olar. Əhməd qara fiqurlarla güclü erməni şahmatçı Samvel Ter-Sahakyanı məğlub etdi.  


  Dünənki nəticələrdən sonra şahmatçılarımız turnir cədvəlində də vəziyyətlərini az da olsa düzəltmiş oldular. Belə ki, yeddi turdan sonra Nicat Abbasov 5.5 xalla 3-15-ci pillələri bölüşdürür. Eltac Səfərli, Ülvi Sadıqov, Vüqar Əsədli, Namiq Quliyev və Əhməd Əhmədzadə aktivlərində 5 xalla 16-65-ci yerləri bölüşdürürlər. 

   Digər şahmatçılarımızdan Aydın Süleymanlı 72-ci, Misrətdin İsgəndərov 82-ci, Vüqar Manafov 83-cü. Xəqan Əhməd 104-cü, Vüqar Rəsulov 106-cı, Read Səmədov 119-cu, Abdulla Qədimbəyli 120-ci, Xəzər Babazadə 146-cı, Ülviyyə Fətəliyeva 221-ci, Elmar Atakişiyev 231-ci, Məhəmməd Muradlı 236-cı, Şahin Vəliyev 329-cu və Nail Bəşirli 401-ci pillələrdə qərarlaşıblar. 

   Bu gün Bakı vaxtı ilə saat 18:15-də Avropa çempionatının səkkizinci turuna start veriləcək. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss