Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.
Chess.az xəbər verir ki, sayca 23-cü olacaq qadınların Avropa çempionatında 35 ölkədən 143 şahmatçı iştirak edəcək. Ölkəmizi qitə birinciliyində Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər.
Xatırladaq ki, ötən il Çexiyada keçirilmiş son Avropa çempionatında ölkə qadın şahmatının flaqmanı olan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalların sahibləri olmuşdurlar.
Avropa çempionatının ümumi mükafat fondu isə 60 min avro təşkil edir. 11 turdan ibarət olacaq turnir martın 29-dək davam edəcək.
