SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2023: Qızlarımızın işləri hələ ki, qaydasında deyil (CANLI)

Xəbər verdiyimiz kim martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı start götürmüşdü.



CANLI(taxtalar üzrə)

  Chess.az xəbər verir ki, sayca 23-cü qitə birinciliyinin artıq altı turur arxada qaldı. Keçirilmiş altı oyundan sonra AÇ-da iştirak edən 14 şahmatçımızdan ən yaxşı nəticəyə Gövhər Beydullayeva malikdir. Gövhər dörd xalla 19-cu pillədə qərarlaşıb. Günay Məmmədzadə, Gülnar Məmmədova   Xəyalə Abdulla 3.5 xalla turnir cədvəlinin 33-58-ci pillərəni bölüşürlər. 


  Digər şahmatçılarımızdan Ləman Hacıyeva 63-cü, Türkan Məmmədyarova 70-ci, Xanım Balacayeva 73-cü, Nərmin Abdinova 82-ci, Ülviyyə Fətəliyeva 85-ci,  Səbinə İbrahimova  Ayan Allahverdiyeva müvafiq olaraq 104 və 105-ci, Mələk İsmayıl 109-cu, Lalə Hüseynova 117-ci, Nazlı Hümbətova isə 122-ci pillələrdə qərarlaşıblar.  

  Qeyd edək ki, qadınların şəxsi Avropa çempionatında 34 ölkədən 136  şahmatçı iştirak edir. Martıqn 29-dək davam edəcək yarış İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Avropa çempionatının ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

   Xatırladaq ki, ötən il  keçirilmiş son Avropa çempionatında ölkə qadın şahmatının flaqmanı olan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalların sahibləri olmuşdurlar.
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss