SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE-nin bərbad təşkilatçılığına rəğmən, sabah Grand Prix start götürür

Sabah Hindistanda qadınların FİDE Grand Prix seriyasının üçüncü mərhələsinə start veriləcək. 

  Chess.az xəbər verir ki, təəsüf ki, yarış başlamadan onun ətrafında kifayət qədər ciddi qalmaqal yaşandı. İlk öncə onu qeyd edək ki, yarışı həmişəki kimi 12 şahmatçı ilə başlamaq planlaşdırılsa da, təşkilatçıların bu mötəbər 
turnirə lazımi diqqət ayırmaması səbəbindən bu baş tutmaycaq. Belə ki, dünən seriyanın mərhələ yarışında iştirak etmək üçün Nyu Deliyə gələn Qazaxıstan şahmatçısı Jansaya Abdulmalik, elə aeroportdan geri qayıdmalı oldu. Səbəb isə, onu aeroporta heç kimin qarşılamaması oldu. 

   Bundan əlavə yarışa qatılan digər şahmatçılar yarışda iştirak etməkdən imtina etməsələr də, burada FİDE-nin rəsmilərindən heç kimin olmamasından, otelə gələrkən otaqların hazır olmadığından və qalacaqları oteldə səhər yeməklərinin ödənilən məbləğə daxil edilməməsindən gileyləniblər.  

   Görünür Ali Şahmat qurumu və ya konkret bu qurumu təmsil edən cavabdeh şəxs həqiqətən də bu yarışa barmaqarası yanaşaraq işin öhdəsindən gələ bilmədi. 

  Yarışa gəlincə, sabah Bakı vaxtı ilə saat 13:30-da start götürəcək birinci turda FİDE bayrağı altında çıxış edən Şuvalova ilə Laqno, Hindistan şahmatçıları Koneru ilə Dronavalli, çinli Jiner Ju ilə daha bir FİDE təmsilçisi Aleksandra Qoryaçkina, gürcülər Nana Dzaqnidze ilə Nona Batsunaşvili, Almaniya təmsilçisi Elizabet Payetzlə isə daha bir Hindistan təmsilçisi Rameşbabu Vişali ilə qarşılaşacaqalar. 

  Jansaya Abdulmalikin turnirdə iştirak etməkdən imtina etməsi səbəbindən onun həmyerlisi Bibisara Assaubayeva sabahkı turu buraxmalı olacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss