SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2023: Gövhər və Günaydan vacib qələbələr (CANLI)

Monteneqronun Petrovaç şəhərində davam edən qadınlar arasında şəxsi Avropa çempionatı yavaş yavaş finiş xəttinə yaxınlaşır.



CANLI(taxtalar üzrə)

  Chess.az xəbər verir ki, dünən sayca 23-cü qitə birinciliyinin doqquzuncu turun partiyaları keçirildi. Dünənki tur medal qazanmağa az da olsa şansları qalan Gövhər BeydullayevaGünay Məmmədzadə üçün uğurlu alındı. Gövhər ukraynalı Hrebenşekovadan, Günay isə Litva şahmatçısı Zaksaitidən güclü oldular. 


   Turnir cədvəlinə baxdıqda, keçirilmiş doqquz oyundan sonra AÇ-da iştirak edən 14 şahmatçımızdan ən yaxşı nəticəyə yenə də Gövhər Beydullayeva malikdir. Gövhər hazırda altı xalla 11-21-ci pillələri bölüşür. Günay Məmmədzadə 5.5 xalla 34-cü, Gülnar Məmmədova ilə Türkan Məmmədyarova isə 5 xalla yarış cədvəlinin 40-60-cı pillələrini bölüşürlər.  

  Digər şahmatçılarımızdan Ülviyyə Fətəliyeva 63-cü, Xəyalə Abdulla 67-ci, Ləman Hacıyeva 84-cü, Mələk İsmayıl 104-cü, Nərmin Abdinova 106-cı, Səbinə İbrahimova 109-cu, Ayan Allahverdiyeva 110-cu, imkanlarından xeyli aşağı performans göstərən  Xanım Balacayeva 115-ci,  Nazlı Hümbətova 122-ci,  Lalə Hüseynova isə 124-cü pillələrdə qərarlaşıblar.  

  Qeyd edək ki, qadınların şəxsi Avropa çempionatında 34 ölkədən 136  şahmatçı iştirak edir. Martın 29-dək davam edəcək yarış, İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Avropa çempionatının ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

   Xatırladaq ki, ötən il Çexiyada keçirilmiş son Avropa çempionatında ölkə qadın şahmatının flaqmanı olan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalların sahibləri olmuşdurlar.

   Bu gün Bakı vaxtı ilə saat 17:15-də qitə birinciliyinin 10-cu turuna start veriləcək. 
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss