SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov ilk onluqdakı yerini qorudu

FIDE aprel ayı üçün reytinq cədvəlini açıqlayıb.

  Chess.az xəbər verir ki, ötən ay da olduğu kimi  Azərbaycan bu ay da ilk onluqda təmsil olunur. Qrossmeysterimiz Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Daha bir top şahmatçımız Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək 16-cı yerdə qərarlaşıb.

  TOP-100 də təmsil olunan şahmatçılaımızdan Qədir Hüseynov (2661) 79-cu, Rauf Məmmədov (2646) isə 98-ci pillədədirlər.
  Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. FİDE bayrağı altında çıxış edən rus Yan Nepomnyaşiy (2795) ikinci, çinli Dinq Liren isə (2788) üçüncüdür.

   Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 23-ci, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) 96-cı yerdə qərarlaşıblar.
   

   Qadınların reytinqinə çinli Xu Yifan (2628) başçılıq edir. Onu hindistanlı Xumpu Koneru (2576) və FIDE-ni təmsil edən rus Aleksandra Qoryaçkina (2565) izləyirlər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss