SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov: "Bir oyunda uduzan kimi Azərbaycanda şahmata marağın nə qədər yüksək olduğunu dərhal xatırlayırsan"

Hazırda Azərbaycanın ən güclü qrossmeysteri olan Teymur Rəcəbov Rusiyanın "Championat" nəşrinə müsahibə verib.

  36 yaşlı şahmatçı müsahibəsində Azərbaycanda şahmatın futboldan sonra əsas idman növlərindən biri olduğunu qeyd edib: "Hətta yeniyetmələrin və gənclərin çıxışına böyük diqqət yetirilir. Bəzən bunu unudursan, ancaq bir oyunda uduzan kimi Azərbaycanda şahmata marağın nə qədər yüksək olduğunu dərhal xatırlayırsan (gülür). Dövlət tərəfindən böyük dəstək var. Ölkəmizdə şahmatçılara bir növ qəhrəman kimi yanaşırlar".


  O, "Azərbaycanın İddiaçılar Turniri və ya dünya çempionluğu uğrunda görüşə ev sahibliyi etmək niyyəti varmı?" sualına isə bu cür cavab verib: "Dünya çempionu adı uğrunda qarşılaşmada azərbaycanlı qrossmeyster oynasaydı, Bakıdan belə bir təklif dərhal gələrdi. Buna əminəm".

 Daha sonra əsasən futboldan söz açan Rəcəbov maraqlı açıqlamarı ilə yadda qaldı: “Dünya çempionluğundan sonra Messinin ən yaxşı olmasına heç bir şübhə yoxdur. Mundialdan əvvəl Kriştianuya üstünlük verirdim. Lakin finalda Fransaya qalib gəldikdən sonra Messi hər şeyi hamıya sübut etdi”.
    36 yaşlı şahmatçı böyük futbol turnirlərinin final mərhələlərini izlədiyini bildirib: “Qətərdəki mundiala baxdım. Həmişə olduğu kimi, Braziliyaya azarkeşlik edirdim. Əgər Azərbaycan millisi dünya çempionatında olsaydı, öz komandamı dəstəkləyərdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırdıqdan sonra konkret futbolçulara baxırdım. Məsələn, Kilian Mbappenin oyununa baxmamaq, sadəcə, mümkün deyil. Onun və Lionel Messinin meydanda etdikləri fantastikdir. Messiyə görə şadam ki, parlaq karyerasında artıq hər şeyi qazanıb”.
 

  Rəcəbov işinə peşəkar yanaşma baxımından Ronaldunu digərlərindən fərqləndirib: “Mən Ronalduçuyam. Bir məqalədə Kriştianunun bədəninə necə qulluq etdiyini, hər uçuşdan sonra buz vannası qəbul etdiyini, “Real Madrid”də məşqə birinci gəldiyini və s. oxumuşdum. O, super peşəkardır. Qazandığı titullara tamamilə layiq olan tarixi şəxsiyyətdir. Belə insanlar yüz milyonlarda birdir. Ronaldo insanın nələrə nail ola biləcəyinin nümunəsidir. Məndə belə bir hiss var ki, onun karyerası heç də bacardığı kimi bitmir. Çox şey əldə etdi, dünya çempionluğundan başqa. Futbol komanda oyunudur. Qətərdə Argentina millisi əla oynadı. Bəxtdən də çox şey asılıdır. Əgər fransızlar son saniyələrdə yüz faizlik şansını qola çevirsəydilər, indi deyəcəkdik ki, Messi heç vaxt dünya çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Amma onun gözəl idman həyatı olub”.

   O, futbolla yanaşı, başqa idman növlərini də izlədiyini vurğulayıb. Rəcəbov uşaqlıqda “Formula 1” yarışlarına maraqla baxdığını deyib: “Xüsusən də, Ayrton Senna və Mixael Şumaxeri dəstəkləyirdim. Dəfələrlə Bakıda keçirilən “Formula 1” yarışlarına dəvət almışam, lakin çox vaxt iştirak etdiyim turnirlərlə üst-üstə düşürdü. Buna baxmayaraq, bir dəfə paytaxtdakı “Kral yarışları”na baxa bildim. Elit tamaşa idi. Xüsusən də pit-stoplar. Adam inana bilmir. Bulvarboyu uzanan düz xətt və döngələrin çox olduğu trekdə maraqlı mübarizə baş tutur”.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss