SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AŞF-da iclas! Hesabatların hazırlanması haqda qərar qəbul edildi

Bu gün AŞF-nın binasında federasiya rəhbərliyi məşqçilərlə görüş keçirib.

 Chess.az Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə  AŞF-nin prezidenti Mahir Məmmədov, vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova və digər rəsmi şəxslər iştirak ediblər. Toplantıda əsasən qadın və kişi şahmatçıların şəxsi Avropa çempionatındakı yekun nəticələri müzakirə olundu.

  Milliyətçə belarus və rus olan məşqçilər Mixail Şereşevski ilə Yevgeni Tomaşevskinin azərbaycanlı şahmatçıların sözügedən yarışlarda çıxışı barədə məruzəsi dinlənib. Sonra AŞF-nin Məşqçilər Komissiyasının rəhbəri Anar Allahverdiyev, məşqçilər Fərid AbbasovNicat Məmmədov da çıxış ediblər.

  Toplantıda Milli komanda üzvlərinin hazırlığının daim nəzarətdə saxlanılması və onların hər biri ilə bağlı hesabatın hazırlanması barədə qərar qəbul edilib.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss