Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı davam edir.
CANLI
Chess.az xəbər verir ki, dünən yarışın yeddinci turun oyunları keçirilib. Keçirilmiş oyunlarda liderlər qrupunu izləyən şahmatçılarımızdan biri olan Məhəmməd Muradlı qara fiqurlarla ukraynalı Vitaliy Bernadskiyə qalib gələrək, zirvəyə bir addım da yaxınlaşdı. İndi Məhəmmədi yarışın vahid lideri olan gürcü Tornike Sanikidzedən cəmi yarım xal ayırır.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 15:15-də start götürəcək səkkizinci turda Muradlı məhz lider Sanikidzeyə qarşı mübarizə aparacaq.
Xatırladaq ki, "Baku Open 2023" şahmat festivalı doqquz turdan ibarət olacaq və sabah başa çatacaq.

11-05-2023, 08:56