Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günya Məmmədzadə dünyanın ən mötəbər qadın turnirlərindən biri hesab olunan “The Cairns Cup"-a dəvət alıb.
Chess.az xəbər verir ki, turnir iyunun 3-dən 13-dək ABŞ-ın şahmat paytaxtı hesab olunan Sent-Lyuis şəhərində keçiriləcək. Turnirdə on şahmatçı mübarizə aparacaq. Bunlar həmyerlimiz Günay Məmmədzadədən başqa, hindistanlılar Humpu Koneru və Harika Dronavalli, İsveçrəni təmsil edən Aleksandra Kostenyuk, Gürcüstan təmsilçiləri Nana Dzaqnidze və Bella Xotenaşvilli, Qazaxıstan şahmatçısı Jansaya Abdulmalik, alman Elizabet Payetz və meydan sahibləri İrina Kruşla və Anna Zatonskixdir.
Qeyd edək ki, “The Cairns Cup"-ın ümumi mükafat fondu 180 000 ABŞ dolları təşkil edir.
