Dünən Kiprin Nikosiya şəhərində qadınlar arasında "FİDE Grand Prix" seriyasının dördüncü mərhələsinə start verildi.
CANLI
Chess.az xəbər verir ki, 12 şahmatçının mübarizə apardığı turnirdə ölkəmizi Günay Məmmədzadə təmsil edir. Qeyd edək ki, Günay "FİDE Grand Prix" seriyasının birbaşa iştirakçısı olmasa da, təşkilatçılar onu bu mötəbər turnirə artıq ikinci dəfədir ki qonaq qismində dəvət edirlər. Xatırladaq ki, ilk dəfə Məmmədzadə 2021-ci ildə belə bir dəvət almışdı. O vaxt Qibraltarda keçirilən mərhələ yarışında Məmmədzadə üçüncü olmuşdu.
Dünən start götürən mötəbər yarış Günay üçün uğurlu başladı. Məmmədzadə ilk turda polşalı Oliviya Kiolbasanı məğlub edərək Kiprə istirahət etməyə gəlmədiyini nümaiş etdirdi.
Bu gün Bakı vaxtı ilə saat 16:15-də start götürəcək ikinci turda Günay Məmmədzadənin rəqibi rus Katerina Laqno olacaq.

17-05-2023, 08:59