SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Norway Chess" başlayır. Burada heç-heçələr olmayacaq! (CANLI YAYIM)

Bu gün Norveçin Stavanger şəhərində ənənəvi "Norway Chess" şahmat superturniri start götürəcək.



CANLI

  Chess.az xəbər verir ki, Maqnus Karlsen, Əlirza Furuzca, Fabiano Karuana, Hikaru Nakamura Aniş Giri kimi dünya şahmat nəhənglərinin qatılacağı turnirdə, ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Sözügedən şahmatçılardan başqa Stavanger turnirində amerikalı Vesli So, hindistanlı Qukeş, özbək Nodirbek Əbusəttarov və meydan sahibi Aryan Tari çıxış edəcəklər.  İyunun 9-dək davam edəcək yarışda, şahmatçılar dairəvi sistem üzrə mübarizə aparacaqlar.
 
   "Norway Chess" şahmat turnirinin xüsusi özəlliyi isə ondadır ki, burada klassik partiyalarda heç-heçə qeydə alınmayacaq. Əgərə tərflər klassik partiyanı bərabərliklə bitirərsə, əlavə Armagedon təyin ediləcək və bu cütlükdən mütləq bir qalib elan olunacaq. Burada keçirilmiş klassik partiyada qələbəyə görə 3, məğlubiyyətə görə isə 0 xal veriləcək. Armagedonda isə qalib 1.5 xal, məğlub tərəf isə 1 xal qazanacaq.  

  Bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək birinci turda həmyerlimiz Şəhriyar Məmmədyarovun rəqibi meydan sahibi Aryan Tari olacaq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss