SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Macarıstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş yarış keçirildi

Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Gənclər Fondu və Macarıstan Şahmat Federasiyasının dəstəyi, Macarıstandakı Azərbaycan Evi, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID), Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və "First Saturday Chess Tournaments"in birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Budapeştdə gənclər arasında beynəlxalq turnir təşkil olunub.

   Chess.az Azərtacın Macarıstan bürosuna istinadən xəbər verir ki, turnirdə Azərbaycan, Macarıstan, Qazaxıstan, QırğızıstanÖzbəkistandan olan 24 şahmatçı iştirak edib.

    Yarışdan öncə keçirilən rəsmi açılış mərasimində çıxış edən Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli qonaqları salamlayaraq, Müstəqillik Gününün tarixindən və əhəmiyyətdən, həmçinin belə tədbirlərin Azərbaycanın beynəlxalq mühitdə tanıdılması və təbliğində olan rolundan söz açıb.

   Sonra turnirin təşkilatçılarından olan Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYID) prezidenti Ramil Şükürov Müstəqillik Gününə həsr edilmiş turnirdən danışıb, bu kimi yarışların azərbaycanlı və əcnəbi gənclər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, habelə şahmat sahəsində gələcək faydalı əməkdaşlığa töhfə verəcəyini deyib.

  Daha sonra "First Saturday Chess Tournaments"in sahibi və beynəlxalq şahmat turnirlərinin təşkilatçısı Laszlo Nagi Müstəqillik Günü münasibətilə öz təbriklərini çatdırıb. MacarıstanTürk dövlətlərini təmsil edən gənclər arasında keçirilən belə yarışlar sayəsində qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha genişlənəcəyinə ümidvar olduğunu bildirib.

   Çıxışlardan sonra 7 turdan ibarət turnirə start verilib. Dörd saatdan çox davam edən turnir mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Turnirdə Kocsmar Akos, Abil YaqubluTot Lili ilk üçlükdə yer alıblar.

  Təşkilatçılar turnirin qaliblərinə mükafatlar və hədiyyələr təqdim ediblər.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss