İyulun 29-dan avqustun 25-dək Bakıda keçirilməsi nəzərdə tutulan şahmat üzrə Dünya Kubokunun keçiriləcəyi məkan müəyyənləşib.
Chess.az Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Dünya Kuboku Xətai rayonu ərazisində yerləşən "Marriott Boulevard Hotelində" (Ağ Şəhər Bulvarı) keçiriləcək.
Xatırladaq ki, Dünya Kubokunda kişilərin yarışında 206, qadınların turnirində isə 103 şahmatçı mübarizə aparacaq.

31-05-2023, 14:12