İyulun 29-dan avqustun 25-dək Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun mükafat fondu açıqanıb.
Chess.az xəbər verir ki, ümumilikdə 309 şahmatçının (206 kişi, 103 qadınların yarışında) qatılacağı mübarizənin ümumi mükafat fondu 2 500 000 ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, bu məbləğ analojı yarışlar üçün rekord məbləğ hesab ediləcək. Belə ki, Rusiyada keçirilmiş son iki Dünya Kuboku (2019 Xantı-Mansiysk, 2021 Soçi) yarışlarının mükafat fondları müvafiq olaraq 1 600 000 və 1 892 500 ABŞ dolları təşkil edib.

31-05-2023, 14:54