Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.
Chess.az xəbər verir ki, təmsilçilərimizdən Teymur Rəcəbov 3 pillə geriləyərək hazırda aktivində 2747 ELO xalı ilə 13-cü pilləyə enib. Daha bir şahmatçımız Şəhriyar Məmmədyarov isə 2740 xalla hazırda 15-ci mövqedə qərarlaşıb. İlk yüzlükdə təmsil olunan üçüncü şahmatçımız Qədir Hüseynov 2661 xalla 83-cü pillədə qərarlaşıb.
Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2853 ELO xalı var. Fransanı təmsil farsəsilli şahmatçı Əlirza Firuzca 2786 xalla ikinci pillədə qərarlaşıb. Hazırkı dünya çempionu çinli Din Liren isə üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 25-ci, Ülviyyə Fətəliyeva 53-cü, Xanım Balacayeva 80-ci, Gülnar Məmmədova 85-ci, Gövhər Beydullayeva isə 89-cu pillələrdə qərarlaşıblar.
