SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sergey Karyakin Bakıya gəlməkdən imtina etdi!

Xəbər verdiyimiz kimi iyulun 29-dan avqustun 25-dək Bakıda şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək. 

   Chess.az xəbər verir ki, artıq bu mötəbər yarışda iştirak etmək hüququnu əldə etmiş şahmatçılara FİDE tərəfində rəsmi dəvət məktublarının göndərilməsinə də start verilib. Və artıq bu dəvətə ilk imtina da gəldi. 

  Söhbət rusiyalı şahmatçı Sergey Karyakindən gedir. Karyakin sosial şəbəkələr vasitəsilə Bakıda keçiriləcək Dünya Kubokuna qatılıb-qatılmayacağı ilə bağlı oxucuları arasında səsvermə təşkil edib. O azarkeşlərinə müraciət edərək, Bakıda neytral bayraq altında çıxış etmək istəmədiyini və azarkeşlərinin onun bu qərarına necə münasibət bəslədiyini öyrənmək istədiyini qeyd edib : " Bu çox sevdiyim bir yarışdır. Mən dəfələrlə orada uğurlu çıxış etmişəm. Mənim qərarım dəyişməz olaraq qalır. Mən bayrağımın və qələbə qazanacağım təqdirdə himnimi eşitmədiyim yarışa qatılmaq istəmirəm. Sadəcə sizin fikirləriniz də mənə maraqlıdır". 

  Keçirilmiş sorğu nəticəsində Karyakinin oxucularının 85%-i onun bu qərarını dəstəkləyib və Sergey də öz növbəsində bir daha Bakıdakı DK-na getməyəcəyini bəyan edib.  

  Xatırladaq ki, Sergey Karyakin 2015-ci ildə Bakıda keçirilmiş Dünya kubokunun qalibi olmuşdur.
  


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss