BƏƏ-in Dubay şəhərində ənənəvi "Dubai Open" şahmat festivalı davam edir.
CANLI
Chess.az xəbər veri ki, 23-cü dəfədir ki keçirilən festivalın əsas yarışında Azərbaycan iki şahmatçı ilə təmsil olunur. Bunlar Vüqar Əsədli və Misrətdin İsgəndərovdur. Keçirilmiş altı turdan sonra, hər iki şahmatçımızın aktivində dörd xalı və və onlar turnir cədvəlinin 8-23-cü pillələrini bölüşürlər. Onu da qeyd edək ki, sona üç tur qalmış şahmatçılarımızı lider olan hindistanlı Aravindhdən cəmi bir xal ayırır.
Bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək yeddinci turda Vüqar hindistanlı Abhijit Qupta, Misrətdin isə rus Maksim Çiqayevlə qarşılaşcaq

2-06-2023, 11:14