SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Seymur Talıbov iş başında

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Məktəblilərin Avropa Çempionatında uğur qazanmış şahmatçılarla görüş keçirdi. 

  Bildiyiniz kimi Avropa Şahmat İttifaqı (ECU) Albaniya Şahmat Federasiyasının (ACHF) təşkilatçılığı ilə mayın 12-dən 21-dək Albaniyanın Durres şəhərində keçirilmiş şahmatçılarımız uğurlu çıxış edib. Uğur qazanan şahmatçılar arasında Naxçıvanı təmsil edənlər də oldu. Belə ki, Naxçıvan şahmatçıları AÇ-da 2 medal qazandı. Yasin  Əzimov 9 yaşadək şahmatçılar arasında 1-ci, Mirsaleh Seyidli isə 13 yaşadək şahmatçılar kateqoriyasında ikinci olublar. Sözügedən yarışda 
Sadiq Məmmədov isə Beynəlxalq Usta normasını yerinə yetirdi.

  Qeyd edək ki, NŞF-nın prezidenti Seymur Talıbov, atası Vasif Talıbovun Naxçıvan Ali Məclisini sədri postundan istefa etdikdən sonra, şahmat tədbirlərində demək olar ki, görünmürdü. Onu da qeyd edək ki, Seymur Talıbov eyni zamanda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postunu tutur. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss