SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarovlar ailəsi tam tərkibdə Dünya Çempionatına yollanır !

Dekabrın 25-dən 31-dək Rusiyanın Sankt-Petarburq şəhərində keçiriləcək şahmatın Rapid və Blitz növləri üzrə Dünya Çempionatına qeydiyyat davam edir.Artıq 300 dən çox şahmatçısı birincilikdə iştirak etmək üçün sifarişlərini göndəriblər. Gözlənildiyi kimi yarışda dünya şahmat elitası demək olar ki tam tərkibdə iştirak edəcək.Kişilərin yarışında azərbaycanlı qrossmeysterlər Şəhriyyar Məmmədyarov və Rauf Məmmədovun çıxış edəcəkləri artıq dəqiqləşib. Qeyd edək ki,hazırki dünya çempionu Maqnus Karlsenin də iştirak edəcəyi "King Salman World Cup"-ın ümumi mükafat fondu 1.000.000 ABŞ Dolları təşkil edəcək.

     Kişilərin yarışı ilə bərabər keçiriləcək qadınların yarışında da, planet ən güclü şahmatçıları iştirak edəcəklər. Qadınların yarışında ölkəmizi Zeynəb və Türkan Məmmədyarovalardan başqa ,perspektivli gənc şahmatçı Günay Məmmədzadə də təmsil edəcək. Yarışa qeydiyyat 22 dekabr tarixində başa çatır və Dünya birnciliyində iştirak edəcək şahmatçıların yekun siyahısı məhz həmin gün bəlli olacaq. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss