Filippinin Makati şəhərində şahmat üzrə 17-ci Asiya çempionatı başa çatıb. Kişilərin yarışında Asiya Çempionu adını, 9 oyundan 6.5 xal toplayan çinli Ven Yi qazanıb. 2-ci iranlı qrossmeyster Amir Tabatabaeyi,3-cü pillənin sahinbi isə vyetnamlı Le Quan Liyem oldu. Parallel keçirilən qadınların yarışında çempion adını 20 yaşlı gənc hindistanlı şahmatçı Rut Padmini qazanıb. Sinqapurlu Qianyun Qonq 2-ci,vyetnamlı Quyen Fam isə 3-cü oldu. Qeyd edək ki,birincilikdə ümumilikdə 14 ölkədən 104 şahmatçı iştirak etmişdir.