SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karpov "Sevilya"-da !

12-ci Dünya Çempionu Anatoliy Karpov, İspaniyanın Sevilya şəhərinə səfəri zamanı, şəhərin eyniadlı futbol komandasının qonağı olub. "Sevilya" Futbol Klubunun stadionu olan "Ramon Sançes Pisxuan" və klub muzeyini ziyarət edən eks-dünya çempionu üçün, klub rəhbərliyi tərəfindən maraqlı ekskursiya  təşkil olunub. Görüşün sonunda klub prezidenti Xose Kastro qonağa simvolik olaraq "Sevilya" klubunun 1 nömrəli formasını təqdim edib. Sevilya Karpov üçün tanış şəhərdir. 1985-ci ildə Dünya Çempionu adı uğrunda Kasparova məğlubiyətdən sonra, revanş matçlarından biri məhz bu şəhərdə keçirilmişdir. 1987-ci ilə təsadüf edən matç, bərabərliklə nəticələnmişdi və Qari Kasparov titulunu özündə saxlamağı bacarmışdır. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss