SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Blitz üzrə Dünya Çempionun adı məlum olur ! (CANLI YAYIM)

Rusiyanın  Sankt-Peterburq şəhərində keçirilən Blitz üzrə  Dünya Çempionatında ("King Salman World Cup") ilk oyun günü arxada qaldı. Bu gün keçiriləcək son oyunlardan sonra, həm kişilərdə həm qadınlarda Dünya Çempionlarının adları məlum olacaq. 
Chess.az xəbər verir ki, dünən keçirilən 12 turdan sonra, kişilərin yarışında  turnir cədvəlinə 9.5 xalla  Dünya Çempionu Maqnus Karlsenlə rusiyalı qrosmeyster Vladislav Artemyev  başçılıq edirlər. Həmyerlilərimiz Şəhriyar Məmmədyarov 8.5 xalla 10-cu,Rauf Məmmədov 7 xalla 44-cü, Qədir Hüseynov isə 6.5 xalla 79-cu pillələrdə qərarlaşıblar. Bu gün yarışda daha 9 tur keçiriləcək .
Qadınların mübarizəsinə 9 turdan sonra aktivlərində 7.5 xalları olan rusiyalı Yekaterina Laqno ilə İran şahmatçısı Sarasadat Xademakşariye başçılıq edirlər. Qızlarımızdan Zeynəb Məmmədyarova 6.5 xalla 10-cu, Gülnar Məmmədova 5 xalla 45-ci,eyni xala malik olan Günay Məmmədzadə 47-ci, Türkan Məmmədyarova isə 4.5 xalla 65-ci pillədə qərarlaşıb. Qadınların çempionatında bu gün son 8 tur keçiriləcək.
 Oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

CANLI (VİDEO YAYIM)
CANLI
 (TAXTALAR ÜZRƏ) скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss