SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

R.Ş.M-də U-16 şahmat turniri keçiriləcək

    Yanvarın 14-dən 22-dək Respublika Şahmat Mərkəzinda 16 yaşadək uşaqlar arasında Beynəlxalq reytinqli şahmat turniri keçiriləcək. Bu barədə sosial şəbəkədə turnirin təşkilatçısı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov məlumat verib "Azərbaycan Şahmat Federasiyasının təkliflərinə əsasən 1-ci dərəcə uğrunda keçirilən yarışların sayı azaldılaraq tədricən beynəlxalq reytinq yarışlarının keçirilməsinə önəm veriləcəkdir. Belə ki, artıq 16 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) gənclər arasında beynəlxalq reytinq turnirlərinin ardıcıl olaraq keçirilməsi prosesinə start verilmişdir. Bu yarışlara istənilən dərəcəli idmançıların buraxılması nəzərdə tutulmuşdur. Məqsəd iştirakçıların erkən yaşlarından beynəlxalq əmsala malik olmaları və daimi şahmat ustalıqlarının artırılmasıdır. Bu yarışlarda dərəcə hesablanmayacaq "
    İştirak etmək istəyənlər 13 yanvar 2019-cu il tarixədək Respublika Şahmat Mərkəzinə müraciət edib qeydiyyatdan keçsinlər. Qeydiyyat zamanı iştirakçının şəxsiyyətini bildirən sənədin və FİDE İD kodunun olması mütləqdir.
Yarış 9 oyundan ibarət olacaq və yarışın nəticələri beynəlxalq reytinq hesablanması üçün FİDE-yə göndəriləcəkdir.
Yarışda iştirak etmək üçün üzvlük haqqı : 20 AZN-dir.


MƏLUMATLAR ELEKTRON POÇT VASİTƏSİ İLƏ DƏ GÖNDƏRİLƏ BİLƏR:
Nurali_chess@mail.ru (Nurəli Məmmədzadə) (012) 596 13 48;
(050) 561 07 63
Salman-abdulov@mail.ru (Salman Əbdülov) (012) 497 04 29; (050) 324 55 07 (WhatsApp)

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss