SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ənənəvi Veyk-an-Zee turniri başlayır

Dünyanın ən mötəbər turnirlərindən biri hesab olan Veyk-an Ze Şahmat Festivalı (TATA STEEL) 11-27 yanvar tarixlərində Hollandiyanın eyniadlı şəhərində keçiriləcək. 

Chess.az  xəbər verir ki, artıq 81-ci dəfədir ki, keçiriləcək turnir iştirakçılarının yekun siyahısı da məlub olub. Dünya şahmat sıralamasının ilk beşliyində yer alan şahmatçılardan yalnız dünya ikincisi olan Fabiano Karuananın iştirak etməyəcəyi yarışda ,ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Dünya Çempionu norveçli Maqnus Karlsen və iki eks-dünya çempionu Vişvanatan Anand və Vladimir Kramnik ,ev sahibi olan Aniş Giri və 2018-ci ilin ən yaxşı performans göstərən şahmatçı çinli Dinq Lirenin də  qatılacağı yarış ,dairəvi sistemlə 14 turdan ibarət olacaq. 12 tur Veyk An Ze-də şəhərində, 5-ci turun oyunları Alkmar şəhərində ,10-cu turun oyunları isə Leydendə keçirilməsi planlaşdırılır. Masters turniri ilə bərabər Festival çərçivəsində Challengers turniri də keçiriləcək. İkinci yarışda da kifayət qədər güclü şahmatçıların toplaşdığını söyləmək olar. Qeyd edək ki, qrossmeysterimiz Teymur Rəcəbov 2007-ci ildə Veyk-an- Ze turnirinin qaliblərində biri olmuşdur. 



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss