Azərbaycan Şahmat Federasiyasının açıqladığı tədbirlər planına əsasən cari ilin yanvarın 15-dən 26-dək kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.
Chess.az xəbər verir ki, yarışda Beynəlxal qrossmeysterlər (GM) ,İdman ustaları (İM), Dünya və Avropa çempionatlarının mükafatçıları ,16,18 və 20 yaşlılar arasında ölkə çempionları , ötənilki Azərbaycan çempionatının 3 mükafatçısı ,2018-ci ildə 1-ci dəstənin iki qalibi və 2019-cu ilin yanvarın 1-nə olan FİDE reytinqi 2300 ELO dan yuxarı olan şahmatçılar qatıla bilərlər. Ölkə birinciliyi AŞF qərargahında keçiriləcək. Yarışın açılış və püşkatma mərasimi yanvarın 14-də keçiriləcək.
Qeyd edək ki, hazırda ölkə çempionu adını gənc şahmatçımız Abdulla Qədimbəyli daşıyır.