SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vüqar Həşimovun ölümündən 5 il ötür (FOTO ,VİDEO)

Bu gün Azərbaycanın və dünyanın tanınmış şahmatçısı olmuş Vüqar Həşimovun anım günüdür. Vüqarın aramızdan ayrılmasından 5 il keçir. 2014-cü ilin yanvarın 11-də  beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq şəhərində vəfat edib. 

Şahmat tariximizin erkən sönən ulduzu 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Şahmata erkən yaşlarından maraq göstərən Vüqar, uşaqlıqda "Şahmat klubu" verilişindəki çıxışları ilə tanınıb. 2002-ci ildə Vüqar qrossmeyster adına yiyələnib . Qrossmeyster olana qədər isə Vüqar 3 dəfə Azərbaycan çempionu adını qazanmışdır . Mərhum qrossmeyster müxtəlif yaş kateqoriyalarında Dünya və Avropa Çempionatlarının 21 müxtəlif ayarlı medallarını qazanıb. 50-dən artıq Beynəlxalq turnirlərin qalibi olub. Vüqar 2009-cu ildə Azərbaycan yığmasının tərkibində həlledici görüşdə qələbə qazanaraq ,tariximizdə ilk Avropa qızılının qazanmasında böyük rolu olmuşdur. Həyatının son anına qədər ölkənin və dünyanın ən güclü şahmatçılarından biri hesab olunub. Vaxtsız ölümü Dünya şahmat aləmini sarsıtdı. Təsadüfi deyil ki, hər il Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialına onun xatirəsini yad etmək üçün dünyanın ən güclü şahmatçıları toplaşır.









скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss