Beynəlxalq Şahmat Federasiyası (FIDE) fiziki qüsurlu yeniyetmə şahmatçıların 3-cü Dünya çempionatının yerinin və tarixlərin açıqlayıb.
Chess.az xəbər verir ki, builki yarış ABŞ-nən Çerri Hill şəhərində keçiriləcək. Yarış iyulun 9-dan 15-dək davam edəcək. İndiyədək cəmi iki dəfə keçirilən Dünya birincikləri çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Ali şahmat qurumunun rəsmi internet səhifəsində qeyd olunduğu kimi, FİDE idmanda bərabərlik prinsiplərini önə çəkərək bundan sonra əlil idmançıların yarışlarına xüsusi diqqət ayıracaq. Dünya Çempionatının gedişində FİDE-nin Əlil İdmançılarla iş üzrə komissiyasının sədri Tomas Lüsterin yeniyetmə şahmatçılar üçün seminarın keçirilməsi də nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur