SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour 2019" : Daha çox yarış ,daha böyük mükafat. Afrikadan Londonadək !

"Grand Chess Tour 2019"-un heyyəti və keçiriləcək yerləri müəyyənləşdi. 

Hər il keçirilən "Grand Chess Tour" şahmat super seriyasının təşkilatçıları 2019-cu il üçün tədbirlər planını açıqlayıblar. Bu il keçiriləcək seriya əvvəlki kimi 6 yox, 8 yarışdan ibarət olacaq. Yarışlara 12 daimi şahmatçı dəvət olunub. Dəvət olunanaların arasında həmyerlimiz Şəhriyar Məmmədyarov da var. Şəhriyardan başaqa yarışlarda dünya çempionu,norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana ,Hikaru Nakamura və Vesli So ,fransız Maksim Vişye-Laqrav ,çinli Dinq Liren ,rusiyalı şahmatçılar Yan Nepomnyaşiy və Vladimir Krramnik  ,erməni Levon Aronyana ,hollandiyalı Aniş Giri və hindistanlı eks-dünya çempionu Vişvanatan Anand iştirak edəcəklər. "GCT" ümumi mükafat fondu da artırılaraq bu il 1 750 000 ABŞ dolları təşkil edəcək. "GCT" setriyası  6-13 may tarixlərində Afrikada , Fil Dişi Sahilinin Abidjan şəhərində start götürəcək.


1.Abidjan (FDŞ) - 6-13 may (Rapid və Blitz yarışları)

2.Zaqreb (Xorvatiya) - 24 iyun - 9 iyul(Klassik yarış)

3.Paris (Fransa) - 26 iyul - 2 avqust (Rapid və Blitz yarışları)

4.Sent Luis (ABŞ) - 8 - 15 avqust (Rapid və Blitz yarışları)

5. Sent Luis (ABŞ)    -16 - 30 avqust (Klassik yarış)

6.Buxarest (Rumıniya) - 4 - 11 noyabr (Rapid və Blitz yarışları)

7.Kalkutta (Hindistan) - 20 -27 noyabr (Rapid və Blitz yarışları)

8.London (Böyük Britaniya) - 30 nayabr - 10 dekabr . Final


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss