Tvan Burq və həyat yoldaşı uşaqlarla şahmat oynadı.
(Foto: Lana Əfəndiyeva)
Bu gün ,paytaxtımızda fəaliyyət göstərən "Ağ At" Şahmat Klubunun təşkilatçılığı ilə, Bakıda səfərdə olan hollandiyalı qrossmeyster Tvan Burq gənc şahmatçılar arasında seans oyun təşkil olunub. 2512 ELO reytinqinə malik və Hollandiyanın 18 nömrəsi olan Burqla seansda , ümumilikdə 30-dan çox gənc iştirak edib. Qeyd edək ki ,Tvan Burqun həyat yoldaşı azərbaycanlı beynəlxalq qrossmeyster Nərgiz Umudovadır. Cütlük 2016-cı ildə ailə qurub. Nərgiz də həyat yoldaşı ilə birlikdə uşaqlarla seans oyun keçirib.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur