SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İnkişafın Naxçıvan modeli

Son zamanlar Naxçıvan MuxtarRespublikasında görülən işlərin səmərəliliyi nəticəsində şahmat sahəsində inkişafın uğurlu modeli formalaşmaqdadır.


Chess.az saytı olaraq, mövcud vəziyyətlə daha da yaxından tanış olmaq üçün,Naxçıvan şəhərinə səfərə yollandıq.


Ölkəmizdə idman sahəsinə göstərilən böyük diqqət və qayğı Naxçıvan Muxtar Respublikasını da geniş əhatə edib.Burada, son illər digər idman növləri ilə yanaşı, intellektual idman növü olan şahmatın da maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası yaradılmışdır. Bu gün federasiyanın tərkibində 8 şahmat məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 3000-dən çox şahmatçı məşğul olur. Bu da təsadüfi deyil. 6 ay bundan əvvəl burada şahmat sahəsində yeni bir dövr başlayıb. 2018-ci ilin sentyabrın 8-də Şahmat Federasiyasının seçki-hesabat konfransında quruma yeni sədr seçilib. Federasiyanın yeni sədri Seymur Talıbov oldu. Həmin gündən sonra yeni sədr və onun komandası şahmatın daha da populyarlaşdırılması, yeni gənc istedadların axtarışı yönümündə böyük işlər görməyə başlayıblar. 


Federasiyanın yeni rəhbərliyi, fəaliyyətinin ilk 6 ayı ərzində Naxçıvanda şahmata baxış tərzini dəyişməyi bacardı. Federasiyanın düzgün seçilmiş inkişaf strategiyası nəticəsində uşaqlar və onların valideynləri tərəfindən bu idman növünə marağı artırmağa başlayıb. Bu gün Naxçıvanda hamı şahmat oynayır desək yanılmarıq. 

Əvvəllər şahmatla məşğul olan gənclər yarış azlığından şikayət edirdilərsə, indi bu sahədə vəziyyət tamamilə fərqlidir. Respublikada fəaliyyət göstərən şahmat mərkəzlərində demək olar ki ,yarış əlindən boş yer tapmaq olmur. Şahmat məktəbləri ,idarə və təşkilatlar,dövlət qurumları,məktəblilər arasında, müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri ilə yanaşı, Muxtar Respublika ərazisində mütəmadi olaraq tempo yarışları da təşkil olunur. 

Bunun nəticəsidir ki ,son aylar şahmat məktəblərinə müraciət edənlərin sayı getdikcə artır. Bir idman növünün belə sürətlə populyarlaşması təbii ki, yeni istedadların üzə çıxarılmasına birbaşa xidmət edir. 

Federasiyanın etdiyi daha bir təqdirəlayıq yenilik isə ,2019-cu ildən başlayaraq NŞF-nın mükat fondunun təsis edilməsidir. Seymur Talıbovun şəxsi təşəbbüsü ilə yaradılan fond, şahmatçılar və məşqçi-müəllimlərin bu idman növünə marağını və rəqabətlik hissini daha da artırmaq məqsədini daşıyır. Həmin fonda yığılan vəsait, il ərzində uğurlu nəticələr qazanmış şahmatçılar və onların məşqçilərinə pul mükafatlarının verilməsi ,habelə şahmatçıların yarışlara göndərilməsinə yönəldiləcək. Belə bir fondun mövcudluğu sözsüz ki, şahmatçılara və onların müəllimlərinə daha da uğurlu çıxış etmək üçün əlavə stimul verəcək. Orta məktəblərdə də tədris olunan şahmat dərslərin yüksək səviyyədə təşkil olunduğunun şahidi olduq. Bircə onu qeyd etmək kifayətdir ki ,ayda bir dəfə Muxtar Respublika ərazisinə fəaliyyət göstərən 200-dən artıq məktəblə Naxçıvan Şahmat Mərkəzi arasında onlayn bağlantı yaradılır. Bağlantı vasitəsi ilə eyni anda minlərlə şagirdə mərkəzin müəllimləri tərəfindən master-klass dərslər keçirilir. Bundan əlavə ayda bir dəfə müəllimlər üçün onlayn seminarlar təşkil olunur. 

Çoxlu sayda yerli şahmatçı hər il Naxçıvanda təşkil olunan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Naxçıvan Open" beynəlxalq şahmat festivalında iştirak edirlər. Yarışa gələn güclü şahmatçılarla mübarizə aparıb ,təcrübələrini ildən ilə daha da artırırlar. Ümumiyyətlə ,yüksək səviyyədə təşkil olunan "Naxçıvan Open" şahmat turnirinə Azərbaycan və digər ölkələrin şahmatçıları tərəfindən maraq çox böyükdür. Müxtəlif ölkələrdən yüzlərlə şahmatçı bu mötəbər yarışa mütəmadi olaraq qatılırlar. Bir sözlə ,səfər zamanı, Naxçıvanda biz düzgün inkişaf strategiyasını seçmiş, şahmat idman növünün daha da populyar olması yönündə durmadan çalışan qayğıkeş bir Federasiya gördük. Düzgün aparılan iş isə mütləq öz bəhrəsini verəcək. 

Səfər zamanı biz Naxçıvan Şahmat Federasiyasının sədr müavini olan Emin Hacıyevlə də olduqca maraqlı müsahibəmiz alındı. Həmin müsahibənin videosunu yaxın günlərdə saytımızdan izləyə bilərsiniz. 


     






скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss