SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Akademiyanın rəsmi açılışı oldu (VİDEO+FOTO)

Bu gün Bakıda “Xəzər Universiteti Şahmat Akademiyasının” rəsmi açılış mərasimi keçirildi. 




“Xəzər Universitetinin” nəzdində yaradılan eyniadlı Şahmat Akademiyası geniş ictimayətə təqdim olundu . Tədbiri giriş sözü ilə açan “Xəzər Universitetinin” təsisçisi ,professor Hamlet İsaxanlı tədbirdə iştirak edən qonaqlara akademiyanın yaranma tarixi və gələcək strateqiyası haqqında geniş məlumat verdi. Daha sonra “Xəzər Universiteti”-nin prorektoru İsaxan İsaxanlı ,Gənclər və İdman Nazirliyinin nümayəndəsi Lütfiyart Rüstəmov ,əməkdar jurnalist Eldar İsmayılov ,Beynəlxalq qrossmeyster,əməkdar məşqçi Sərxan Quliyev də çıxış edərək ,Akademiyanın ölkə şahmatı üçün böyük işlər görəcəyinə inamlarını ifadə ediblər. 

Tədbirin sonunda Akademiyanın direktoru ,Beynəlxalq qrossmeyster və FİDE məşqçisi, Türkiyə Gənclər yığmasının baş məşqçisi Nicat Məmmədov və müəllim FİDE ustası Elşad Rzayev , tədris ocağının fəaliyyəti və tədris proqramları barədə geniş məlumat veriblər. 

Qeyd edəki ,Akademiyada dərslər təcrübəli pedaqoqlar tərəfindən dörd dildə (azərbaycan,rus,türk,ingilis) keçirilir. Artıq ölkəmizin bir neçə gənc və perspektivli şahmatçısı burada şahmat biliyini artırmağa başlayıblar. 


    












© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss