SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rauf Məmmədov : "Nicat Məmmədov kimi peşəkar..."

“Xəzər Universiteti Şahmat Akademiyası” gənc şahmatçılara növbəti hədiyyəsini edib. 

“Xəzər Universitetinin” nəzdində yaradılan Şahmat Akademiyasının açılışı münasibətlə davam edən tədbirlər çərçivəsində, bu gün Akademiyada milli komandamızın üzvü,Beynəlxalq qrossmeyster Rauf Məmmədovun iştirakı ilə Master Klass keçirilib. Azərbaycanın gənc və perspektivli şahmatçıları üçün təşkil edilən “Seçilmiş Oyunların Təhlili” mövzusunda seminarda ümumilikdə 20-dək gənc və şahmatçı iştirak edib. Tədbirin sonunda qrossmeyster Rauf Məmmədov Chess.az-a açıqlamısanda tədbiri təşkil edən Akademiyanın rəhbərliyinə təşəkkürünü bildirdi :”Sevindirici haldır ki, Nicat Məmmədov kimi peşəkar belə bir Akademiyaya başçılıq edir.Düşünürəm ki, bu gün uşaqlar üçün çox gözəl bir gün oldu. Akademiyanın rəhbərliyinə də, məni bu tədbirə dəvət etdikləri üçün təşəkkür edirəm.Uşaqların səviyyəsi də məni çox sevindirdi və ümidləndirdi. Demək olar ki,verilən bütün məslələlərin həllini tapa biliblər. Onlar üçün belə tədbirlərin olması çox vacibdir. Biz o yaşda olanda demək olar ki,qrossmeyster görməmişdik”


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


    




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss