SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azad Rəhimov "Azərbaycanda şahmata yüksək səviyyədə dövlət dəstəyi göstərilir"

Bu gün “Shamkir Chess 2019” şahmat superturnirinin açılış mərasimindən öncə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə müsahibə verib.

“Tanınmış şahmatçımız mərhum Vüqar Həşimovun xatirəsinə həsr edilən ənənəvi “Shamkir Chess” superturniri bu il də yüksək səviyyədə təşkil olunub. Sevindirici haldır ki, altıncı dəfə təşkil edilməsinə baxmayaraq, turnirə dünyanın on ən güclü şahmatçısından altısı qatılıb. Dünya çempionu Maqnus Karlsenin bu il də turnirdə iştirak etməsindən məmnunuq”.

Chess.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri martın 30-da gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Yarışın şahmat aləmində özünəməxsus yeri olduğunu vurğulayan nazir “Shamkir Chess” turnirinin bütün şahmatçıların diqqətini cəlb etdiyini bildirərək deyib: “Azərbaycanda şahmata yüksək səviyyədə dövlət dəstəyi göstərilir. Şahmat ölkəmizdə çox sevilir. Belə turnirlər respublikamızda şahmatın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması baxımından da mühüm vasitədir. İnanırıq ki, bu turnir qarşıdakı illərdə də təşkil olunacaq”.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss