SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azad Rəhimov : "Ola bilsin ki,şahmatçıların öz planları olub"

Bu gün “Shamkir Chess 2019” şahmat superturnirinin açılış mərasimindən öncə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə söhbətdə yığmamızın Dünya Çempionatındakı uğrusuz çıxışından və Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun DÇ-na qatılmamasından danışıb. 

“Dünya və Avropa çempionatları həm nazirlik, həm də federasiyalar tərəfindən əsas diqqət mərkəzində saxlanılır və orda iştirak etmək vacibdir. Ona görə Azərbaycan bu yarışlara ən güclü komandaları göndərir. Şahmat isə digər idman növlərindən fərqli olduğuna görə, ola bilsin ki, bizim məşhur şahmatçıların öz planları olub. Ona görə də bu iki idmançı orda çıxış etməyib. Bizim komanda isə orda iştirak etdi və yeddinci yerdə qərarlaşdı. Düşünürük ki, gələn illərdə Şəhriyar və Teymur komandamızın yaraşmayan yerdə qərarlaşdığını görüb, dünya çempionatına qatılar”.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss