(Foto : Lana Əfəndiyeva)
Bu gün Şəmkirdə keçirilən ənənəvi "Shamkir Chess 2019" şahmat superturniri başa çatır.
Chess.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünən keçirilən turnirin 8-ci turunda norveçli dünya çempionu Maqnus Karlsen rusiyalı şahmatçı Sergey karyakinə qalib qələrək dördüncü dəfə Vüqar Həşimov Memorialının qalibi oldu. Karyakinə qalib norveçli dünya çempionu oyndan sonra arədə bunları söylədi : "Sergey Karyakin ilə oyun maraqlı alındı. O, risk etdi və açıq mübarizə apardı. Bu qələbə mənə yarışda qalib olmağa imkan verdi. Vaxtından əvvəl qələbə qazanmaq çox sevindiricidir.Beş il əvvəl ilk dəfə “Shamkir Chess” superturnirində qələbə qazanmağı düşünürdümsə, indi bu titulu qorumaq istəyirəm. Ümumiyyətlə “Shamkir Chess” turnirinin karyeramda özünəməxsus yeri var. Dörd dəfə bu yarışda çempion olmuşam. Ona görə də burada şahmat oynamaq həmişə xoş hisslər yaradır. Şəmkirdə əksər insanları hər il yarışda görürəm. Şəmkir deyəndə həm də buradakı şahmat ailəsini xatırlayıram. Mənə göstərilən diqqətə görə təşəkkür edirəm.Burada şahmat oynamaq üçün əla şərait yaradılıb.Bəzən turnirlərdə xırda işləri həll etmək məcburiyyətində qalırsan. Şəmkirdə isə ancaq şahmat haqqında düşünürsən. Şəmkirə gəlmək həmişə xoşdur".
Bu gün Şəmkir superurnirin sonuncu,9-cu turun oyunları keçiriləcək.
9-CU TUR (CANLI)© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır