SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dvorkoviç : "Siyasətin şahmatın içində olmasını istəmirik"

FIDE prezidenti Arkadiy Dvorkoviç Almaniyanın Karlsrue şəhərində keçirilən "Grenke Chess" turniri zamanı yaşanan xoşagəlməz olaya münasibət bildirib. 

Chess.az xəbər verir ki, Almaniyanın Karlsrue şəhərində keçirilən "Grenke Chess" şahmat festivalının "B" qrupunda çıxış edən gənc iranlı şahmatçı Əlirza Firuja, üçüncü turda israilli Or Bronşteynlə oyuna çıxmaqdan imtina etmişdir. Buna səbəb rəqibinin İsrail vətəndaşı olmasıdır. Təşkilatçılar oyuna çıxmadığı üçün iran şahmatçısına texniki məğlubiyyət vermişdir və olayla bağlı FİDE-ni məlumatlandırmışdır. Dünən turnirin gedişatını izləmək üçün Almaniyaya gələn FİDE prezidenti Arkadiy Dvorkoviç məsələ ilə bağlı jurnalistlərə qısa açıqlama verib : "Siyasətin şahmatın içində olmasını istəmirik. Xoşagəlməz hadisədir. Şahmat iki şəxs arasında oynanılmalıdı və bu qaydalar çərçivəsində olmalıdır. Heç bir millətə xüsusi yanaşma ola bilməz. İndiki qaydalarda belə məslələrlə bəzi boşluqlar var. Biz o boşluqları aradan qaldırmalıyıq. Hammı bərabərdir. Bu kimi hallara yol verənlər isə sössüz ki cəza alacaqlar"


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss