SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Zirvə Kuboku 2019" . Şeveningen" sistemi nədir?

Mayın 11-də Bakıda "Zirvə Kuboku" Beynəlxalq Şahmat Festivalı start götürəcək. 

Chess.az xəbər verir ki, mayın 11-dən 18-dək paytaxtımızda "Xəzər Universiteti Şahmat Akademiyası" və "AAAF Park- Yaşayış Kopmleksinin" birgə təşkilatçılığı ilə, fərqli formatda Qrossmeyster (GM) və Beynəlxalq Usta (İM) normalı beynəlxalq şahmat turniri keçiriləcək. Bu turniri analojı yarışlardan fərqliliyi ondan ibarətdir ki, yarış adət etdiyimiz kimi İsveçrə və ya Dairəvi sitem üzrə yox , "Şeveningen" sistemi üzrə keçiriləcək. "Şeveningen" sistemi Türkiyə və Avropa ölkələrində geniş yayılmış yarış sistemidir.Bu fortmatın ən böyük üstünlüyü isə ondan ibarətdir ki, normaya iddialı olan şahmatçılar üçün daha geniş imkanlar yaradılmasıdır. Yarışıpn qaydalarına əsasən  turnirində iki komanda mübarizə aparacaq. Komandaların tərkibi hərəsi 5 nəfərdən ibarət olacaq. Birinci komanda sırf qrossmeysterlərdən,ikincisi isə GM və İM normalarına namizədlərdən təşkil olunur. Yarış iki dövriyəli olacaq və beləliklə normaya iddialı olan şahmatçılar bu turnirdə 10 qrossmeysterlə oynaması qarantilənir. Qalır yalnız bu oyunlardan normativ üçün lazım olan xalları toplamaq. "Zirvə Kuboku" adlanan yarışın iştirakçıları da artıq məlumdur. 


GM Komandası :

1.GM.Vadim Malaxatko (Belçika)

2.GM.Eldar Gasanov     (Ukrayna)

3.GM.David Maqalaşvilli        (Gürcüstan)

4.GM.Amirezza Puramazanali (İran)

5.GM.Ülvi Bacarani(Azərbaycan) 


İddiaçılar Komandası:

1.İM.Vüqar Əsədli              (Azərbaycan)

2.FM.Əhməd Əhmədzadə   (Azərbaycan)

3.FM.Xəzər Babazadə         (Azərbaycan)

4.İM.Kənan Qarayev(Azərbaycan)

5.İM.Saed Xəlil Musavi       (İran)


Qeyd edək ki, "Zirvə Kuboku" turnirindfə qadınlar arsında da analojı turnirin keçiriklməsi nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss