SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

15 İLLİK QROSSMEYSTER. YÜKSƏLİŞ DAVAM EDİR

Dünya Çempionu Maqnus Karlsenin fenomenal çıxışı davam edir.

Dünən Almaniyada başa çatan "Grenke Chess Classic" şahmat superturnirinin qalibi olmuş norveçli Dünya çempionu Maqnus Karlsenin son zamanlar göstərdiyi fenomenal performansı diqqət çəkir. Yanvar ayında Hollandiyada keçirilən "Tata Steel Masters" turnirində 5 qələbə,8 heç-heçə, daha sonra ölkəmizdə keçirilən "Shamkir Chess" superturnirində 5 qələbə, 4 heç-heçə və nəhayət dünən başa çatan "Grenke" turnirində 6 qələbə,3 heç-heçə. Gördüyümüz kimi 2019-cu ildə qatıldığı üç superturnirin hamısında parlaq qələbə qazanan Karlsen, dünya reytinq sıralamasında ELO xalını 2875-ə çatdıraraq, ən yaxın izləyici olan amerikalı  Karuana ilə xal fərqini 56-ya yüksəldib. 

Bu gün Beynəlxalq qrossmeyster olmasınını 15 illik yubileyini qeyd edən Karlsen, sosial şəbəkələrdə etdiyi paylaşımında da son turnirlərdəki nəticələrinə xüsusi diqqət ayırıb.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss