SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maqnus Karlsen Aleksandr Antonova məğlub oldu!

Həftə sonu başa çatan futbol üzrə İngiltərə premyer liqasının son turu şahmat üzrə dünya çempionu Maqnus Karlsen üçün çox uğursuz alındı.
  
Buna səbəb 7 000 000 üzvü olan və  Magnus Karlsenin qatıldığı "Fantasy Premyer Legue" onlayn yarışmasıdır. Xatıradaq ki, Maqnus sözügedən yarışmanın ən uğurlu iştirakçılarından biri olub. Karlsen qurduğu virtual komandasının sayəsində dekabr ayında "Fantasy Premyer Legue"-nın liderliyinə yüksəlmişdir.
   Maqnus Karlsenin "Kjel Ankedal" adlandırdığı komandası 9 ay ərzində liqanın vahid lideri olsa da, oyunçuların son turda göstərdikləri zəif performansı Karlsenə Liqanın qalibi olmağa imlan vermədi. Nəticədə "Fantasy Premyer Legue 2020"-in qalibi  Maqnus Karlsenin ən yaxın izləyicisi olan bolqarıstanlı Aleksandr Antonov oldu. 
   Qeyd edək ki , Fantasy Futbol Dünyada geniş yayılmış virtual oyun şəbəkəsidir. İstənilən şəxs, istənilən futbol liqasının başlamasından öncə həmin liqada çıxış edəcək oyunçulardan ibarət özünə virtual komanda qurur. Hər turdan əvvəl komandanın əsas heyəti müəyyənləşdirilir və seçdiyi ölkənin
 rəsmi idman nəşrlərin verdiyi oyun sonrası qiymətləndirməsi əsasında komandanın topladığı xallar müəyyənləşir.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss