SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bakıda açıq havada şahmat turniri keçiriləcək!

Bakıda gənc şahmatçıların səbirsizliklə gözlədiyi canlı şahmat yarışı keçiriləcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə "Idea" Şahmat Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq turnir avqustun 14-də keçiriləcək. İsveçrə sistemi ilə 7 turdan ibarət olacaq yarışda, vaxt nəzarəti 3 dəqiqə+hər gedişə 2 saniyə olacaq. 17 yaşadək şahmatçıların iştirak edə biləcəyi yarış "12 Avqust-Beynəlxalq Gənclər Gününə" həsr olunacaq və Şüvəlanda yerləşən "Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində" açıq havada keçiriləcək. .
Turnir 14 avqust 2020-ci il tarixində, saat 10:00-da başlayacaq.

Təşkilatçıların yaydığı məlumatda deyilir ki:
-yarış zamanı izolyasiya qaydalarına riayət olunacaq
-yarış açıq havada və tamaşaçısız keçiriləcək
-şahmatçılar tibbi maska və tibbi əlcək olmadan yarışa buraxılmayacaq
-yarış zamanı hakimlər və təşkilatçılar da tibbi maska və əlcəkdən istifadə edəcəklər
-yarış iştirakçıları bədən hərarətini ölçən xüsusi cihazla həkim tərəfindən yoxlanıldıqdan sonra yarış ərazisinə buraxılacaqlar.


RƏSMİ SƏHİFƏскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss