SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yığmamızın rəqiblər bəlli oldu! (Qrupların tərkibi)

Dünən başa çatan Ilk Onlayn Dünya Şahmat Olimpiadasının 2-ci divizon mərhələsindən sonra, "Top Divizionda" iştirak edəcək bütün komandaların adları bəlli oldu.  

Chess.az xəbər verir ki, 40 komandanın iştirak edəcəyi əsas divizionda yığmalar hərəsində 10 komanda olmaqla dörd qrupa bölünüb. Azərbaycan yığma komandası "B" qrupunda mübarizə aparacaq. Yığmamızın rəqibləri isə, Macarıstan, CAR, Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, FransaNiderland yığmaları olacaq. 
 "Top Divizion"-da mübarizə avqustun 19-da başlayacaq. 
Xatırladaq ki, milli komandamız olimpiadada bu heyətlə mübarizə aparacaq:  Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva. Ehtiyat oyunçular siyahısına isə, Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

"A" QRUPU: 1.Monqulustan, 2.Gürcüstan, 3.Almaniya, 4.Çin, 5.Zimbabve, 6.Hindistan, 7.Özbəkistan, 8.İndoneziya, 9.İran, 10.Vyetnam.
"B" QRUPU: 
1.Azərbaycan, 2.Macarıstan, 3.CAR, 4.Ukrayna, 5.Slovakiya, 6.Qazaxıstan, 7.İspaniya, 8.Norveç, 9.Fransa, 10.Niderland.
"C" QRUPU: 
1.Əlcazair , 2.Mərəkeş, 3.İngiltərə, 4.Rusiya, 5.Ermənistan, 6.Rumıniya, 7.Bolqarıstan, 8.Türkiyə, 9.Xorvatiya, 10.Misir.
"D" QRUPU:
1.İtaliya, 2.Braziliya, 3.ABŞ, 4.Argentina, 5.Polşa, 6.Peru, 7.Kanada, 8.Yunanıstan, 9.Paraqvay, 10.Kuba.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss