SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Təqvim bəlli oldu. Niderlandla başlayıb, Fransa ilə bitiririk

Xəbər verdiyimiz kimi şahmat üzrə yığma komandamızın Ilk Onlayn Dünya Şahmat Olimpiadasının "Top Divizionundakı" rəqibləri müəyyənləşmişdir.  

Az öncə isə, yığmamızın oyunlarının təqvimi bəlli oldu. Millimiz ilk oyunu avqustun 21-də Niderland komandasına qarşı keçirəcək. Elə həmin gün Azərbaycan yığma komandası MacarıstanCAR yığmalarını sınağa çəkəcək. "B" qrupunda son matçımız isə, avqustun 23-də Olimpiadada eksperemental heyyətlə çıxış edəcək Fransa yığması olacaq. Qeyd edək ki, hər qrupda ilk üç yeri tutan komandalar Pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Azərbaycan Milli komandasının oyunlarının təqvimi:
21 августа: Azərbaycan-Nederland, Azərbaycan-Macarıstan, CAR-Azərbaycan
22 августа: Azərbaycan-Ukrauna, Slovakiya-Azərbaycan, Azərbaycan-Qazaxıstan
23 августа: İspaniya-Azərbaycan, Azərbaycan-Norveç, Fransa-
Azərbaycan


Xatırladaq ki, milli komandamız olimpiadada bu heyətlə mübarizə aparacaq:  
1.Şəhriyar Məmmədyarov, 2.Teymur Rəcəbov, 3.Günay Məmmədzadə, 4.Gülnar Məmmədova, 5.Vüqar Əsədli, 6.Xanım Balacayeva
Ehtiyat oyunçular:
1.Rauf Məmmədov, 2.Qədir Hüseynov, 3.Türkan Məmmədyarova, 4.Ülviyyə Fətəliyeva, 5.Aydın Süleymanlı, 6.Gövhər Beydullayeva.

Komandamızın kapitanları Eltac Səfərli  Rəhim Qasımov olacaqlar.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss