SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"TATA STEEL MASTER 2021": Karlsen, Məmmədyarov, Əbusəttarov..

Dünyanın ən mötəbər şahmat turnirlərindən biri hesab olunan ənənəvi Veyk-an Ze Şahmat Festivalı (TATA STEEL) bu il 15-31 yanvar tarixlərində Hollandiyanın eyniadlı şəhərində keçiriləcək.
 
Chess.az  xəbər verir ki, 82-ci dəfə keçiriləcək turnirin iştirakçıların yekun siyahısı artıq məlumdur. COVİD-19 pandemiyası üzündən tamaşaçısız və xüsusi sanitar qaydalarla keçiriləcək yarışda Dünya şahmat sıralamasının ilk beşliyi tam heyətlə iştirak edəcək. Builki turnirdə ölkəmizi Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov təmsil edəcək.

 Turnirdə ümumilikdə 14 şahmatçı iştirak edəcək. Yarış dairəvi sistem üzrə keçiriləcək və 13 turdan ibarət olacaq.  Şəhriyar Məmmədyarovdan başqa turnirdə norveçli Maqnus KarlsenAryan Tari, ABŞ təmsilçisi Fabiano Karuana, rusiyalılar Yan Nepomnyaşiy, Daniil Dubov,Andrey Yesipenko, fransız Maksim Vaşye-Laqraf, meydan sahibləri Aniş Giri Yorden Van Forrest, FİDE bayrağı altında çıxış edən Əlirza Firuzca, polyak Yan-Kşıştof Duda, ispan David Anton Quiyaro və özbək Nodirbek Əbusəttarov çıxış edəcəklər.
 Xatırladaq ki, qrossmeysterimiz Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Ze turnirinin qaliblərində biri olmuşdur. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss