SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Fransaya qarşı

Naxçıvan Şahmat Federasiyası və Fransanın "C’Chartres Échecs" şahmat klubu birgə təşkilatçılığı ilə Azərbaycan-Fransa onlayn yoldaşlıq matçı keçiriləcək.

 Chess.az xəbər verir ki, söhbət Fransada yaşayan qrossmeysterimiz Namiq Quliyevin rəhbəri olduğu  "C’Chartres Échecs" şahmat klubu ilə Naxçıvan Şahmat Federasiyasının Culfa rayonu uşaq-gənclər şahmat məktəbinin 16 yaşadək şahmatçıları arasında baş tutacaq yoldaşlıq oyunundan gedir. Dekabrın 19-da Bakı vaxtı ilə saat 17:30-da başlayacaq Azərbaycan-Fransa qarşılaşması Lichess.org şahmat platforması üzərindən baş tutacaq. Culfalı şahmatçılar oyuna Naxçıvan Şahmat Federasiyasından qoşulacaqlar. Qarşılaşma Namiq Quliyevin "gmi_ng_chess" Twitch kanalinda canlı yayımlanacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss