SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

YIĞMAMIZ UĞURLU ÇIXIŞ ETDİ

Albaniyanın Durres şəhərində keçirilən  məktəblilər arasında Dünya Çempionatı başa çatdı.  Ölkəmizi  bu mötəbər yarışda 16 şahmatçı  təmsil edirdi. Ümumilikdə Dünya birincilikdə  elə də pis çıxış etməyən şahmat yığmamızın üzvlərindən, sonda yalnız 4 nəfər vətənə medalla  dönür.  1 qızıl, 2 gümüş və bir bürünc medal. Oğlanlar arasında U-17 yaş kateqoriyasında Sumqayıt şahmat məktəbinin yetirməsi Murad İbrahimli bütün rəqiblərini üstələyərək Dünya Çempionu adını qazanıb ,qızlar arası U-17 yaş qrupunda  Heydərova Aytac 8 xal toplasa da,bu nəticə çempionluq üçün bəs etmədi və Aytac sonda yalnız ikincisi ola bildi, oğlanların U-7 yarışında  Kərimli Yusif  ikinci ,9 yaşlı oğlanlar arasında  keçirilən yarışda isə Süleymanlı İsmayıl bürünc medalın sahibi oldu.

Yekun nəticələr belədir :

U 7 (qızlar)         -   Bəşirli Səadət              6 xal (  4 yer)

U 7(oğlanlar)     -    Əlizadə Paşam            6 xal (  6 yer)  

U 7(oğlanlar)     -    Kərimli Yusif               7 xal  (  2 yer)

U 7(oğlanlar)     -    Bayramlı Rafael       6.5 xal  (  4 yer)

U 9(oğlanlar)     -   Süleymanlı İsmayıl      7 xal (   3 yer)

U 9(qızlar)          -   Nəsirova Lalə            3.5 xal ( 22 yer)

U 9(qızlar)          -    İsmayılova Xanım       4 xal ( 19 yer)

U 11 (oğlanlar)  -    Orucov Fərid            6.5 xal (   6 yer)

U 11 (qızlar)        -   Qasımova Səmra        6 xal (   4 yer)

U 13 (oğlanlar)    -   Babazadə Xəzər         6 xal (   5 yer)

U 13 (qızlar)        -   Kərimli Jalə              5.5 xal (   9 yer)

U 15 (oğlanlar)   -   Manafov Vüqar            6 xal (   5 yer)

U 15 (oğlanlar)   -   Əli Əhəd                    4.5 xal ( 22 yer)

U 15 (qızlar)        -   İsmayıl Mələk            5.5 xal (   5 yer)

U 17 (oğlanlar)   -   İbrahimli Murad         7.5 xal (   1 yer)

U 17 (qızlar)        -   Heydərova Aytac         8 xal (   2 yer)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss